Alen Simonyan: Yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhədinin daha bir hissəsi demarkasiya ediləcək

Baş səhifə
Alen Simonyan: Yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhədinin daha bir hissəsi demarkasiya ediləcək

Yaxın gələcəkdə Azərbaycan-Ermənistan sərhədinin daha bir hissəsi demarkasiya ediləcək və bu proses gələn ilin birinci rübündə baş tuta bilər.

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan brifinqdə deyib.

“Deməliyəm ki, biz bəzi məsələlərdə tələsirik, bəzi məsələlərdə Azərbaycan tərəfi də tələsir. Lakin proses davam edir və düşünürəm ki, yaxın gələcəkdə sərhədin bir hissəsini də demarkasiya edəcəyik”, – o bildirib.

A.Simonyan söhbətin sərhədin hansı hissəsindən getdiyini dəqiqləşdirməyib.