Airbus A320 təyyarələrində yoxlama aparılacaq

Baş səhifə

Bakı. Trend:

Fransanın təyyarə istehsalçısı Airbus metal gövdə panellərində
aşkar edilmiş keyfiyyət problemləri səbəbindən A320 ailəsinə aid
628 təyyarənin yoxlanıla biləcəyini açıqlayıb.

Trend xəbər verir
ki, məlumatı “Agence France-Presse” yayıb.




Şirkət bildirib ki, A320 ailəsinin ən populyar təyyarələrindən
bəzilərində metal gövdə panelləri ilə bağlı keyfiyyət problemləri
mövcuddur.

“Airbus bazar ertəsi günü bildirilən metal panellərdəki
keyfiyyət problemləri səbəbindən 628-ə qədər A320 təyyarəsinin
yoxlanıla biləcəyini açıqlayıb. Bu, bütün təyyarələrin eyni
problemlə üzləşəcəyi demək deyil”, – məlumatda qeyd olunub.