Aİ hava hücumundan müdafiə sahəsində tərəfdaşlığı inkişaf etdirməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Avropa Komissiyası təkliflər hazırlayıb ki, onlara əsasən, Aİ
ölkələri növbəti beş il ərzində yenidən silahlanmanı və hava
hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin
gücləndirilməsi üzrə birgə layihələr həyata keçirəcəklər.

Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər
verib.




“”Bloomberg” tərəfindən görülən baxılan görə, Aİ qitəni yenidən
silahlandırmaq və Rusiyanın qarşısını almaq üçün iddialı beşillik
planı çərçivəsində yaxın aylarda birgə pilotsuz uçuş aparatları və
hava hücumundan müdafiə layihələrinin həyata keçirilməsini təklif
edəcək”, – deyə agentlik bildirib.

Qeyd edilib ki, bu plan ilə birgə layihələrin faydalı ola
biləcəyi bir neçə sahəni, o cümlədən hava və raketdən müdafiə,
pilotsuz uçuş aparatları və onlarla mübarizə səhəsində layihələri
müəyyən edilir. “Layihələrə nəzarət etmək üçün müvafiq
koalisiyaların 2026-cı ilin əvvəlində fəaliyyətə başlaması,
layihənin icrasına isə 2026-cı ilin ortalarında başlanması
gözlənilir”, – deyə bildirilib.