Bakı. Trend:
ABŞ Nigeriyanın şimal-şərqində terror qruplaşmalarına qarşı
mübarizənin aparıldığı bölgəyə hərbi təyinatlı yüklərin daşınmasına
başlayıb.
Trend xəbər verir
ki, bu barədə Vanguard qəzeti məlumat yayıb.
Qeyd olunub ki, azı üç hərbi-nəqliyyat təyyarəsi Nigeriya
Silahlı Qüvvələrinin Borno ştatındakı bazasına sursatlar da daxil
olmaqla bir partiya təchizat çatdırıb.
“Nigeriya və ABŞ arasındakı danışıqların yekunu olaraq,
Vaşinqton bizə təkcə hərbi qulluqçular göndərməyəcək, həm də
üsyançılarla mübarizə üçün döyüş sursatlarının tədarükü də daxil
olmaqla zəruri logistik dəstək göstərəcək”, – deyə qəzet Baş
Qərargahdakı mənbəyə istinadən bildirib.
Məlumata görə, söhbət Boko Haram və Qərbi Afrika Vilayəti İslam
Dövləti (ISWAP) qruplaşmalarına qarşı mübarizədən gedir.

