ABŞ-də şatdaun hava limanlarının fəaliyyətində problemlərə səbəb ola bilər – Ağ Ev

Baş səhifə

Bakı. Trend:

Ağ Ev hesab edir ki, əgər şatdaun davam edərsə, ABŞ bayramlar
günləri də daxil olmaqla genişmiqyaslı uçuş gecikmələri və ləğvləri
ilə üzləşəcək.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi
Kerolayn Levitt deyib.

“Demokratlar şatdaunu davam etdirsələr, ölkə daxilindəki əsas
hava limanlarında əhəmiyyətli uçuş gecikmələri və ləğvlərin şahidi
olacağımdan qorxuram”, – deyə o bildirib.




Onun sözlərinə görə, narahatlıqlar, xüsusən də noyabr ayının
sonunda ABŞ-də qeyd olunan Şükran Gününün yaxınlaşması ilə bağlıdır
– bu zaman hava limanları xüsusilə sıx olur.

O əlavə edib ki, hava limanının bağlanması ABŞ hava
təhlükəsizliyini təhdid edir.