“Abraham Linkoln” gəmisində narkotik qaçaqmalçılığına görə iki nəfər həbs olunub

Baş səhifə

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbçilərindən ibarət ər-arvad
narkotik maddələri “USS Abraham Lincoln” aviadaşıyıcısının
göyərtəsində yaydıqları üçün saxlanılıb. Nəticədə hərbçilərdən biri
narkotik maddənin həddindən artıq dozasından ölüb.

Bu barədə “The New York Post” (NYP) qəzeti məhkəmə sənədlərinə
istinadən məlumat yayıb.




Beyli Şramovski və onun həyat yoldaşı Conni Pumaihealani
saxlanıldıqdan sonra 2022-ci ildən etibarən ekipaj üzvlərinə
kokain, fentanil və oksikodon satdıqlarını etiraf ediblər.
Məhkəmənin qərarına əsasən, Şramovski 2023-cü ilin yanvarında
hərbçilərdən birinin fentanilin həddindən artıq dozasından ölümündə
ittiham olunur. O, bu hadisədən sonra da həmin mənbədən əldə etdiyi
narkotik maddələrin satışını davam etdirib.

Hər iki təqsirləndirilən şəxs barəsində hökmün çıxarılması
dekabrın 11-nə planlaşdırılıb. NYP-nin məlumatına görə, Şramovskini
40 ilədək, Pumaihealani isə 20 ilədək həbs cəzası gözləyir.