Psixiatr: “Valideynin övladım sağlamdır, xarakteri belədir deməsi doğru deyil”

Cəmiyyət


“Uşaqlar 2 yaşından etibarən ətrafa reaksiya verməyə başlayırlar. Əgər uşaqda anadangəlmə autizm və digər sindromlar yoxdursa, mütləq həkim müayinəsinə ehtiyac var”. 

resmixeber.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib.

O bildirib ki, valideynlər uşağı müşahidə edə bilər lakin öz müşahidələri əsasında uşaqlarına yekun diaqnoz qoya bilməzlər:

“Valideynlərin ehtimalları nə 100 faiz doğru, nə də yanlış olacaq deyə bir məqam yoxdur. Onlar öz müşahidələrini, ehtimallarını həkim mütəxəssislərə bildirməlidirlər. Mütəxəssisə müraciət etmədən övladım sağlamdır, xarakteri belədir demək doğru deyil. Bu, onların səhhətində ciddi fəsadlar yarada bilər. Bəzi uşaqlar aqressiyalarını böyüklərə hücum etmək, cırmaqlamaq və digər şəkildə büruzə verirlər. Eləcə də ünsiyyətin məhdud olması, yuxu rejiminin pozulması, fərdi xüsusiyyətlərinin passiv olması və s. bir neçə problemin əlamətləri ola bilər.

Psixoloji, ürək və böyrək problemləri var ki, onlar ikinci xəstəlik kimi psixi problemlərin yaranmasına da yol aça bilər”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir