Rusiyalı kişi ilanını metroda “gəzintiyə” çıxardı – VİDEO

DIN


Rusiyada kişi imperator boa ilanını metroda “gəzintiyə” çıxarıb. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Hadisə Sankt-Peterburq şəhərində qeydə alınıb.

Məlumata görə, hazırda Təbii Sərvətlərə Nəzarət Federal Xidməti (“Rosprirodnadzor”) həmin şəxsin kimliyini müəyyənləşdirir. Hüquq-mühafizə orqanlarına da sorğu hazırlanır.

Qeyd edək ki, imperial boa “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyaya tabedir. Bundan əlavə, bu ilan “saxlanması qadağan edilən növlər” siyahısındadır.

Mənbə: RG.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir