
Bakı.Trend:
NATO ölkələrinin komandanlığı Baltikyanı ölkələrin hava
məkanının müdafiəsini gücləndirir.
Bu barədə Kanadanın “CBC” telekanalı məlumat yayıb.
Məlumata görə, NATO-nun “yüksəklikdə mühafizə” tədbirlərinin
tətbiqi adi hərbi təlimlər kimi qiymətləndirilmir. Latviyanın
Müdafiə Nazirliyinin dövlət katibi Airis Rikveylis CBC-yə bildirib
ki, Riqa ölkənin şərq sərhədi boyunca pilotsuz uçuş aparatlarından
ibarət “divar” yaradır.
CBC qeyd edir ki, Şimali Atlantika Alyansının hərbi
planlaşdırıcıları tamamilə keçilməz müdafiə qübbəsinin
yaradılmasının “riyazi baxımdan mümkünsüz” olduğunu etiraf
edirlər.

