
Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini Sankt-Peterburqa dəvət edib.
Modern.az xəbər verir ki, Putin Türkmənistanda keçirilən MDB sammitində çıxışı zamanı Birlik daxilində ticarət maneələrinin aradan qaldırılmasının daha böyük uğurlara yol aça biləcəyini bildirib.
Onun sözlərinə görə, MDB daxilində hesablaşmaların 90 faizdən çoxu milli valyutalarla aparılır. Putin bəzi ölkələrdə milli səviyyədə tətbiq olunan məhdudiyyətlərin inkişaf tempini zəiflətdiyini qeyd edib:
“Biz özümüz mümkün inkişaf tempini şüurlu şəkildə məhdudlaşdırırıq”.
Rusiya Prezidenti MDB ölkələrinin ədalətli, çoxqütblü dünya nizamının formalaşdırılmasını yekdilliklə dəstəklədiyini deyib.
O, Birlik ölkələrinin xalqlarını ortaq ənənə və dəyərlərin, qohumluq və tarixi əlaqələrin yaxınlaşdırdığını, rus dilinin isə MDB məkanında güclü birləşdirici amil olduğunu vurğulayıb.
Putin, həmçinin Xəzər dənizi ilə bağlı məsələnin müzakirə edilməsinin vacibliyini bildirib.

