
Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda icbari sığorta
növlərinin hesabına 213,492 milyon manat sığorta haqqı
toplanılıb.
Trend-in
Azərbaycan Mərkəzi Bankının məlumatı əsasında hesablamasına görə,
bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,4 milyon manat və ya
14,6% azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə ötən
ilin eyni dövrü ilə müqayisədə təqribən 18 milyon manat və yaxud
19,4% artaraq 110,662 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar-avqust aylarında icbari sığorta
bazarında toplanmış hər 100 manat sığorta haqqının 51,8 manatı
müştərilərə geri ödənilib.
Ümumilikdə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda
fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 1 milyard 115,4
milyon manat məbləğində sığorta haqqı toplanıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
6,4 faiz çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 773,2 milyon
manat təşkil edib ki, bu da illik müqayisədə 28,1 faiz artım
deməkdir.
Sığorta haqlarının həcminə görə renkinqə 517,884 milyon manat
göstərici ilə “Paşa Həyat Sığorta” ASC başçılıq edib. İkinci yerdə
273,302 milyon manatla “Paşa Sığorta”, üçüncü yerdə isə 75,051
milyon manatla “Atəşgah Həyat” qərarlaşıb.
İlk beşliyi 58,764 milyon manat sığorta haqqı toplayan “Atəşgah”
və 41,696 milyon manat göstəriciyə malik “Qala Sığorta”
tamamlayıb.
Sığorta ödənişlərinin həcminə görə də ilk üçlük dəyişməyib.
“Paşa Həyat Sığorta” 477,193 milyon manat ödənişlə birinci, “Paşa
Sığorta” 115,057 milyon manatla ikinci, “Atəşgah Həyat” isə 80,405
milyon manatla üçüncü olub.
Bu göstəricidən sonra “Atəşgah” 28,328 milyon manat, “Qala
Sığorta” 16,254 milyon manat, “Azərbaycan Sənaye Sığorta” 12,334
milyon manat və “Meqa Sığorta” 11,306 milyon manat ödəniş həyata
keçirib.
Renkinqdə daha sonra “A-Qroup” 8,522 milyon manat, “Xalq
Sığorta” 6,494 milyon manat, “Meqa Həyat Sığorta” 4,278 milyon
manat, “Xalq Həyat Sığorta” 3,279 milyon manat, “Qala Həyat” 3,271
milyon manat, “Aqrar Sığorta” 1,708 milyon manat, “AzSığorta” 1,247
milyon manat və “İpək Yolu Sığorta” 274 min manat göstərici ilə yer
alıb.
Beləliklə, ilin ilk səkkiz ayında həm sığorta haqlarında, həm də
ödənişlərdə artım qeydə alınıb.

