ABŞ İranın əsas nümayəndə heyətinə BMT Baş Assambleyasında iştirak vizası verib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın administrasiyası İran Prezidenti
Məsud Pezeşkiana və xarici işlər naziri Abbas Əraqçiyə BMT Baş
Assambleyasının Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli həftəsində
iştirak etmək üçün viza verilməsini təsdiqləyib.

Bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.




ABŞ Dövlət Departamenti bildirib ki, İranın “əsas nümayəndə
heyəti”, eləcə də onun fəaliyyəti üçün zəruri olan əməkdaşlar viza
alıblar. “Qəbul edən ölkə kimi öhdəliklərimizə uyğun olaraq, İran
rejiminin əsas nümayəndə heyəti BMT Baş Assambleyasının yüksək
səviyyəli həftəsində iştirak edə biləcək”, – qurumdan
bildirilib.

İran nümayəndə heyətinin hərəkətinə məhdudiyyətlər tətbiq
olunacaq, həmçinin onun üzvlərinə dəbdəbəli əşyalar və bəzi digər
məhsullar almaq qadağan ediləcək. Dövlət Departamenti həmçinin qeyd
edib ki, 2026-cı ildə nümayəndə heyətinin tərkibi 2025-ci illə
müqayisədə daha az olacaq.