
“UBTech Robotics” şirkəti insanabənzər robotların digər robotlar tərəfindən yığıldığı dünyada ilk zavodu istifadəyə verib.
Modern.az xəbər verir ki, müəssisədə istehsal prosesi tam avtomatlaşdırılmış xətt üzrə həyata keçirilir.
Yeni istehsal xətti hər 10 dəqiqədə bir insanabənzər robot yığmaq imkanına malikdir. Zavodun layihə gücü isə ildə 10 minədək robot istehsal etməyə imkan verir.

