
Bakı. Trend:
Cari ilin ikinci rübündə Gürcüstan ərazisinə 1,7 milyon
beynəlxalq qeyri-rezident səyahətçi daxil olub. Bu da əvvəlki ilin
eyni dövrü ilə müqayisədə 4,9 faiz azdır.
Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə ölkəyə 1,2 milyon turist gəlib,
bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azdır.
Beynəlxalq ziyarətçilərin 81,5 faizi yalnız turistlər olub.
İlin ikinci rübündə səfərlər zamanı çəkilən xərclər 3 milyard
lari təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə
13,3 faiz azdır.

