
Bakı. Trend:
Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir
oyunu keçirilib.
Mundialın əsas favoritlərindən hesab olunan İspaniya millisi
Avstriya yığması ilə qarşılaşıb. ABŞ-nin Los-Anceles şəhərindəki
“Sou-Fay” stadionunda oynanılan matç ispanların qələbəsi ilə başa
çatıb – 3:0. Qarşılaşmada ilk qolu 36-cı dəqiqədə Mikel Oyarsabal
vurub. 66-cı dəqiqədə Pedro Porro hesab arasındakı fərqi 2 topa
çatdırıb. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Oyarsabal
qoyub.
Bu qələbə ilə adını 1/8 finala yazdıran İspaniya millisinin
növbəti rəqibi Portuqaliya–Xorvatiya cütünün qalibi olacaq. Həmin
oyun bu gecə saat 03:00-da başlayacaq. Saat 07:00-da isə İsveçrə
millisi Əlcəzair yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş,
Norveç, Fransa, Meksika, İngiltərə, Belçika və ABŞ yığmaları 1/8
finala vəsiqə qazanıblar.

