İranın ABŞ ilə raket proqramını müzakirə etmək niyyəti yoxdur – Qalibaf

Baş səhifə

Bakı. Trend:

İran raket proqramı ilə bağlı ABŞ ilə hər hansı müzakirə aparmaq
niyyətində deyil.

Bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer
Qalibaf bildirib.

Vurğulayıb ki, İranın hücum hərbi imkanları və raket proqramı
müzakirə olunmayan mövzu olaraq qalır.




O qeyd edib ki, Tehran ABŞ ilə aparılan danışıqlarda Vaşinqtonun
üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ehtimalını nəzərə
alır.

“Biz vədlərini yerinə yetirməyən tərəflə danışıqlar aparırıq”, –
deyə parlament sədri bildirib.

Qalibafın sözlərinə görə, İran tərəfi ABŞ ilə təmaslarda
ehtiyatlı mövqe tutur və əvvəlki təcrübələr Vaşinqtona etimadı
məhdudlaşdırır.