Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs olundu (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

Trend-in
məlumatına görə, naməlum şəxs bir nəfərin cibindən pul, bank
kartları və sənədlər olan pul kisəsini, eləcə də mobil telefonunu
götürərək hadisə yerindən uzaqlaşıb.

Zərərçəkənin sərxoş vəziyyətdə olması səbəbindən müqavimət
göstərə bilmədiyi bildirilir.




Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının
keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni
törətməkdə şübhəli bilinən 38 yaşlı İsmayıl Orucov müəyyən edilərək
saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə
saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.