Tramp Avropa Birliyindən idxal edilən avtomobillərə tətbiq edilən rüsumları artırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın Avropa Birliyindən idxal edilən minik və yük maşınlarına
tətbiq etdiyi rüsumlar gələn həftə 25%-ə çatacaq.

Trend xəbər
verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “TruthSocial”
sosial şəbəkəsində yazıb:

“Gələn həftə Avropa Birliyindən gələn minik və yük maşınlarına
tarifləri artıracağam. Tariflər 25%-ə qədər artırılacaq”.




O, bu qərarını AB-nin ABŞ ilə əvvəllər bağlanmış ticarət
sazişinin şərtlərinə əməl etməməsi ilə əsaslandırıb.

ABŞ prezidenti qeyd edib ki, ABŞ ərazisində istehsal olunan
avtomobillərə rüsum tətbiq edilməyəcək.