
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İranla müharibə fonunda Almaniya
Kansleri Fridrix Merts ilə gərginliyin artdığı bir vaxtda,
administrasiyasının Almaniyadakı Birləşmiş Ştatların hərbçilərinin
sayının azaldılması imkanlarını nəzərdən keçirdiyini bildirib.
Trend xəbər verir ki, ABŞ
lideri qısa zaman ərzində müvafiq qərar veriləcəyini
vurğulayıb.
Tramp Almaniyanı və digər NATO müttəfiqlərini ABŞ-İsrailin İrana
qarşı olan müharibəsində kifayət qədər dəstək vermədiklərinə, o
cümlədən Hörmüz boğazının yenidən açılmasına kömək üçün öz hərbi
dəniz donanmalarını göndərmədiklərinə görə dəfələrlə tənqid
edib.
Qeyd edək ki, ABŞ əsgərlərinin yerləşdiyi ən böyük xarici baza
məhz Almaniyadadır. Bu ölkədə hazırda 33 min 900 ABŞ hərbçi
var.

