Şəkidə “Kamaz” yaşlı qadını vuraraq öldürüb

Baş səhifə
Şəkidə Kamaz yaşlı qadını vuraraq öldürüb

Şəkidə “Kamaz” yaşlı qadını vuraraq öldürüb.

“Report” un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Baş Zəyzid kəndində baş verib.

Sürücü Tərlan Siracəddinov idarə etdiyi “Kamaz” markalı yük avtomobilini geriyə hərəkət etdirərkən piyada, 69 yaşlı Solmaz İsayevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.