Rutte Vaşinqtonda Trampla görüşəcək

Baş səhifə

Bakı. Trend:

NATO-nun Baş katibi Mark Rutte çərşənbə günü ABŞ-yə səfər edəcək
və aprelin 12-dək Vaşinqtonda olacaq.

Trend-in
məlumatına görə, bu barədə NATO-nun Brüsseldəki qərargahından
məlumat verilib.




Məlumata görə o, ABŞ Prezidenti Donald Tramp, Dövlət katibi
Marko Rubio və müdafiə naziri Pit Heqset ilə görüşəcək.

Rutte aprelin 9-da Ronald Reyqan Prezident Fondu İnstitutu
tərəfindən təşkil edilən müzakirədə çıxış edəcək, aprelin 10–12-də
isə Bilderberq Klubunun konfransında iştirak edəcək.