Bakı. Trend:
Nigeriyanın cənub-şərqində naməlum silahlı şəxslər bir kəndə
hücum edərək ən azı 17 mülki şəxsi qətlə yetiriblər.
Trend xəbər verir
ki, bu barədə “Daily Post” qəzeti məlumat yayıb.
İlkin məlumatlara görə, hücum Benue ştatının Mbalom kəndində baş
verib. Hücuma məruz qalan şəxslərin yaşayış binaları yandırılıb,
bir neçə sakin isə itkin düşüb.
Nigeriya son 20 ildə əsasən şimal və şimal-şərqdə, hazırda isə
cənub-şərqdə terrorizm və silahlı hücumlarla mübarizə aparır.

