BƏƏ sahillərində gəmiyə mərmi düşməsi nəticəsində yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin sahillərində bir gəmiyə mərmi
düşməsi nəticəsində yanğın baş verib.

Trend xəbər verir
ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz
Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) saytında məlumat dərc
olunub.




Məlumata görə, hadisə BƏƏ-nin Xor Fakkan şəhərindən təxminən 20
kilometr şərqdə, 11 dəniz mili məsafədə qeydə alınıb.

Bildirilib ki, UKMTO gəminin naməlum mərmi ilə vurulduğu və
nəticədə göyərtədə yanğın baş verdiyi barədə məlumat alıb.