
Bakı.Trend:
Ötən il 82 minə yaxın bələdiyyə aktı üzrə inzibati nəzarət
həyata keçirilib, onlardan 1,7 minədək akt Ədliyyə Nazirliyinin
təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, pozuntulara yol
verən 50 bələdiyyə sədri barəsində inzibati xəta haqqında
protokollar məhkəmələrə, cinayət xarakterli 62 fakt üzrə
materiallar isə istintaqa verilmiş, qanunsuz ayrılmış 3142 hektar
torpaq sahəsi geri qaytarılıb.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirə
olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında
hesabatında öz əksini tapıb.
Respublika bələdiyyələri üzrə inzibati nəzarətlə bağlı bütün
aktlar “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə elektron
qaydada təqdim edilib, 2025-ci ildən etibarən Naxçıvan Muxtar
Respublikasında fəaliyyət göstərən bələdiyyələrin aktlarının da
həmin sistemə yerləşdirilməsi təmin olunub.


