
Füzuli. Trend:
Füzulidə mina partlayışı nəticəsində bir nəfər həyatını
itirib.
Trend-in
Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Veysəlli
kəndi ərazisində baş verib.
Məlumata əsasən, Füzulidə çoban kimi çalışan Ağdam rayon sakini,
1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu atla hərəkətdə
olarkən minaya düşüb.
Partlayış nəticəsində R.Hacıyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.


