
Bakı. Trend:
İran ordusunun baş komandanı ordu generalı Əmir Hatəmi
sağ-salamatdır və hazırda ordu qüvvələrinə rəhbərlik edir.
Bu barədə Trend
İran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, İran ordusu baş komandanı ordu generalı Əmir
Hatəminin ölümü ilə bağlı yayılan məlumatlar həqiqəti əks
etdirmir.
Qeyd edək ki, bəzi KİV-də İran ordusu baş komandanının İsrail və
ABŞ-nin hərbi hava hücumları nəticəsində öldüyü bildirilmişdi.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.


