
Bakı. Trend:
Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlığın
perspektivlərini müzakirə edib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.
“Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri
Anna Bordon ilə görüşdə əməkdaşlığın perspektivlərini nəzərdən
keçirdik. Azərbaycanın makroiqtisadi sabitliyini, sosial-iqtisadi
inkişaf prioritetlərinə uyğun olaraq enerji, rəqəmsallaşma, vergi,
sənaye və digər istiqamətlərdə həyata keçirilən tədbirləri,
qabaqcıl təcrübələrin tətbiqi nəticəsində əldə olunmuş
irəliləyişləri qeyd etdik”, – paylaşımda qeyd edilib.
Xəbər yenilənəcək

