Bakı. Trend:
Avropa Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı
qərar verməkdənsə, onunla strateji tərəfdaşlıq yolunu
seçməlidir.
Trend-in məlumatına görə, bu barədə Macarıstanın Baş naziri
Viktor Orban “X” sosial şəbəkəsində yazıb.
“Ukraynanın qəbul edilməsi Avropanı müharibəyə sürükləyəcək. Biz
əməkdaşlığa qarşı deyilik, amma Aİ üzvlüyü səhv yoldur.
Məsuliyyətli seçim üzvlük deyil, strateji tərəfdaşlıqdır”, – deyə o
bildirib.

