Polşada “Dron Vadisi” layihəsi reallaşacaq

Baş səhifə

Bakı. Trend:

Polşada “Dron Vadisi” adlanan Pilotsuz Uçuş Sistemlərinin
Sertifikatlaşdırılması və İnkişaf Mərkəzi Tuşuv-Narodovıy
kommunasında inşa ediləcək.

Trend xəbər verir
ki, bu barədə “Polsat News” məlumat yayıb.

Layihənin ümumi dəyəri təxminən 135 milyon zlotidir, bunun 42
milyon zloti (8-10 milyon avro) Avropa Subkarpatiya Fondu proqramı
vasitəsilə maliyyələşdiriləcək. Yarosinska-Yedynak bildirib ki,
investisiya üçün hazırlıq işləri bir neçə ildir davam edir.




Mərkəz Avropa Birliyində C0-C6 sinifli dronları tam
sertifikatlaşdıra bilən ilk qurum olacaq. Polşa Akkreditasiya
Mərkəzi tərəfindən akkreditə ediləcək və Mülki Aviasiya İdarəsi
tərəfindən məlumatlandırılacaq.

13 hektar ərazidə uçuş idarəetmə qülləsi, anqar və iki uçuş-enmə
zolağı olan tədqiqat binasının yerləşdirilməsi planlaşdırılır.
Torpaqların alınması ilə bağlı danışıqlar və ictimai
məsləhətləşmələr isə davam edir.