
Bakı. Trend:
“Fənərbaxça” “Reyncers”in hücumçusu Yussef Çermitinin
transferini reallaşdıra bilməyib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu Şotlandiya klubunun
21 yaşlı forvardı üçün qarşı tərəfə 15 milyon avroluq təklif
göndərmişdi. Lakin Qlazqo təmsilçisi bunu geri çevirib.
Portuqaliyalı mərkəz hücumçusunun “Reyncers”lə müqavilə müddəti
2029-cu il iyunun 30-na qədərdir.
O, karyerası ərzində “Sportinq” və “Everton” klublarında da
oynayıb.


