Federal Təhqiqatlar Bürosu “Signal” messenceri ilə bağlı araşdırmaya başladı

Baş səhifə

Bakı. Trend:

ABŞ Federal Təhqiqat Bürosu (FBI) Minnesota ştatında solçu
fəallar tərəfindən Miqrasiya polisi və digər federal hüquq-mühafizə
orqanlarına qarşı fəaliyyətlərin koordinasiyası üçün istifadə
olunan, “Signal” şifrəli messencerindəki qrup çatları ilə bağlı
araşdırmaya başlayıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə FBI direktoru Keş Patel Fox
News telekanalına müsahibəsində bildirib.




“Biz dinc etirazlar çərçivəsində insanların söz azadlığını
pozmur və ya onları silah daşımaq hüquqlarına görə təqib etmirik.
Lakin əgər siz zorakılığa təhrik edir və ya hüquq-mühafizə
əməkdaşlarına zərər yetirməklə hədələyirsinizsə, bu artıq istintaq
predmetinə çevrilir. Məhz buna görə FBI “Signal”daki bu çatlarla
bağlı araşdırmaya başlayıb”, – deyə Patel vurğulayıb.

Onun sözlərinə görə, FBI bu çatlara sağçı fəalların daxil ola
bilməsindən və oradan federal qurumlara qarşı müqavimət göstərmək
barədə təlimatlar, eləcə də immiqrasiya polisinə açıq qarşıdurmaya
çağırışlar ehtiva edən mesajları yaymasından sonra diqqət
yetirib.