Bakı. Trend:
ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında
etimadı gücləndirməyə ümid edir.
Trend-in məlumatına görə, bu barədə “Politico” qəzeti ABŞ
prezidenti Donald Tramp administrasiyasının adı açıqlanmayan
nümayəndəsinə istinadən bildirib.
“Aydındır ki, hazırda Avropa ilə Rusiya arasında çox da etimad
yoxdur, amma biz əsl deeskalasiya nümayiş etdirərək etimad qurmağa
başlamağa imkan verəcək yeni bir paradiqmanın işə salınması üçün
zəmin yaratmaq istəyirik”, – deyə qeyd olunub.
Qəzetin məlumatına görə, Rusiya, ABŞ və Ukrayna nümayəndələri
arasında Əbu-Dabidə (BƏƏ) keçirilən məsləhətləşmələrdə iqtisadi
məsələlərə, eləcə də Zaporojye Atom Elektrik Stansiyası üzərində
nəzarətə böyük diqqət yetirilib.

