
Bakı. Trend:
Yanvarın 23-də ölkə ərazisində qeydə alınan 81, əvvəlki
dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə
ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 65
nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan
silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 29 fakt
müəyyən edilib. Həmçinin cinayət törətməkdə şübhəli bilinən 64
nəfər saxlanılıb.


