Lamborghini 2025-ci ildə rekord satışa imza atdı

Baş səhifə

Bakı. Trend:

İtaliyanın lüks idman avtomobil istehsalçısı Lamborghini 2025-ci
ildə dünya üzrə 10 747 avtomobil sataraq bütün zamanların rekordunu
yeniləyib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkət özü məlumat
yayıb.

Məlumata görə, Almaniyanın “Volkswagen” qrupuna daxil olan
şirkət bu nəticəni özünün yüksək performanslı modellərinin
hibridləşdirilməsi strategiyası və bütün regionlarda əldə edilən
güclü satışlarla əlaqələndirib.




Satışlarda EMEA regionu 4 650 avtomobillə lider olub, onu
Amerika (3 347) və Asiya–Sakit Okean (2 750) regionları
izləyib.

Şirkətin baş direktoru Stefan Vinkelmann bildirib ki, rekord
göstəricilər Lamborghini brendinin mürəkkəb qlobal şəraitdə rəqabət
üstünlüyünü qoruduğunu təsdiqləyir.