Danimarka və Fransa hərbi təyyarələri Qrenlandiya üzərində birgə təlim uçuşu keçirib

Baş səhifə

Bakı. Trend:

Danimarkaya məxsus F-35 qırıcı təyyarələri və Fransaya məxsus
MRTT tanker təyyarəsi Qrenlandiya üzərində birgə təlim uçuşu həyata
keçirib.

Trend xəbər verir
ki, bu barədə Danimarka Silahlı Qüvvələrinin mətbuat xidməti
məlumat yayıb.

Bəyanatda bildirilib ki, Danimarkaya məxsus iki F-35 qırıcısı və
Fransaya məxsus bir çoxməqsədli tanker təyyarəsi Qrenlandiyanın
cənub-şərqində adi təlim missiyası icra edib.




Qeyd olunub ki, uçuşun əsas məqsədi hava yanacaqdoldurma, uzun
məsafəli uçuşların icrası, eləcə də sərt Arktika şəraitində
təhlükəsizliyin təmin olunması üzrə birgə əməliyyat bacarıqlarının
artırılması olub.

Danimarka Silahlı Qüvvələri təlim uçuşlarının 2026-cı ildə də
davam etdiriləcəyini açıqlayıb.