Qrenlandiyanın aqibəti ilə bağlı ABŞ-Danimarka danışıqlarının nəticələri məlum oldu

Baş səhifə

Bakı. Trend:

Danimarka və ABŞ administrasiyalarının nümayəndələri arasında
Qrenlandiya məsələsi ilə bağlı aparılan danışıqların nəticələri
məlum olub.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, Danimarkanın XİN rəhbəri Lars Lekke
Rasmussen bu haqda jurnalistlərə açıqlama verib.




“Hələ də prinsipial məsələlərdə fikir ayrılıqlarımız
qalmaqdadır. Biz ABŞ-nin mövqeyini dəyişməyə nail olmadıq”,- deyə
diplomat vurğulayıb.

Onun sözlərinə görə, adanın gələcək aqibəti ətrafında Ağ Evdə
aparılan müzakirələr açıq və konstruktiv olsa da, tərəflər ortaq
məxrəcə gələ bilməyiblər.