Əraqçi: Dialoqa da, müharibəyə də hazırıq

Baş səhifə

İran dialoqa hazırdır.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Biz müharibə istəmirik. Amma müharibəyə də tam hazırıq. Bizə qarşı təcavüzdən əvvəl qabaqlayıcı zərbə məsələsi gündəmdə deyil. İndi 12 günlük müharibədə olduğumuzdan daha hazırlıqlıyıq. Eyni zamanda, müzakirələr üçün də hazırıq. Bir şərtlə ki, bu müzakirələr insafla, qarşılıqlı hüquq, hörmət və maraqlar çərçivəsində keçirilsin. Bu, diktə edən, əmr edən bir atmosferin olduğu dialoq olmamalıdır”, – Əraqçi vurğulayıb.