Azərbaycan Premyer Liqasında çıxış edən klublar cərimələnib

Baş səhifə
Azərbaycan Premyer Liqasında çıxış edən klublar cərimələnib

Misli Premyer Liqasında çıxış edən klublar cərimələnib.

“Report” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

19.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Kəpəz” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

19.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 7000 manat cərimə edilsin (maddə 52.5);

20.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Karvan-Yevlax” – “Neftçi” oyununda “Karvan-Yevlax” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

20.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Karvan-Yevlax” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Karvan-Yevlax” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

20.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Karvan-Yevlax” – “Neftçi” oyununun 90+8-ci dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 4000 manat cərimə edilsin (maddə 86.3);

20.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Karvan-Yevlax” – “Neftçi” oyunu bitdikdən “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın avtobusuna vurulmuş zərər “Neftçi” komandası tərəfindən qarşılansın (maddə 86);

21.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Araz-Naxçıvan” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Araz-Naxçıvan” komandası 2000 manat cərimə edilsin (maddə 57.2);

22.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);