PSJ “Real”ın müdafiəçisi ilə maraqlanır

Baş səhifə
PSJ Realın müdafiəçisi ilə maraqlanır

Fransanın PSJ klubu “Real”ın (İspaniya) müdafiəçisi Antonio Ryudiqerlə maraqlanır.

“Report” “El Nacional”a istinadən xəbər verir ki, Paris klubu 32 yaşlı futbolçunu yayda heyətinə qatmaq üçün sərfəli müqavilə təklif etməyə hazırlaşır.

Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, almaniyalı oyunçu 2025/2026 mövsümündə “Real”ın heyətində bütün turnirlərdə 7 matç keçirib. “Transfermarkt” portalı A.Ryudiqerin dəyərini 12 milyon avro qiymətləndirir.