Bakı. Trend:
Dekabrın 10-da Almaniyanın Keinbaum şəhərində yeniyetmə oğlan və
qız boksçular arasında U-17 Avropa çempionatına start
veriləcək.
Trend xəbər verir ki, bu
barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, doqquz gün davam edəcək yarışa Azərbaycan millisi
20 idmançı ilə qatılacaq.
Baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur
Məmmədov Keinbaumda Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq),
Ayxan Həsənov (50 kq), Əli Abaslı (52 kq), İbrahim Bədəlli (54 kq),
Raul Heydərli (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63
kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Şükar Əliyev
(75 kq), İsmayıl Vəliyev (80 kq) və Səfdər Məmmədzadəyə (+80 kq)
güvənəcək.
Baş məşqçi İlkin Ağayev Avropa çempionatında Aysel Fərəcova (46
kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı (50 kq), Zəhra Məmmədova
(52 kq), Cəmilə Muradlı (54 kq), Fidan Bakarova (63 kq) və Səma
Abbasovaya (66 kq) şans verəcək.
Beynəlxalq dərəcəli hakim Anar Babanlı isə ədalət təmsilçiləri
sırasında yer alacaq.
Qeyd edək ki, Avropa çempionatında 29 ölkə iştirakını
təsdiqləyib.

