Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi
elçisi Stiven Uitkoffla görüşü konstruktiv, faydalı və məzmunlu
keçib.
Trend xəbər verir
ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə
açıqlamasında bildirib.
Uşakov qeyd edib ki, Kreml görüşündə Ukraynada sülh planına dair
bir neçə variant müzakirə olunub: “Ukrayna üçün hələlik kompromis
plan mövcud deyil. Sülh planının mahiyyəti, o cümlədən ərazi
məsələsi müzakirə mövzusu olub”.
Bununla yanaşı, tərəflər Rusiya və ABŞ arasında iqtisadi
əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.
Uşakov əlavə edib ki, Putin və Tramp arasında mümkün görüşün
keçirilməsi tərəflərin köməkçiləri və xarici işlər nazirliklərinin
işindən asılı olacaq.

