Efiopiyada kilsədə uçub, ən azı 22 nəfər ölüb

Baş səhifə
Efiopiyada kilsədə uçub, ən azı 22 nəfər ölüb

Efiopiyada kilsənin içində quraşdırılmış tikinti konstruksiyasının uçması nəticəsində ən azı 22 nəfər ölüb, daha 55 nəfər yaralanıb.

Bu barədə “Report” “AlArabiya”ya istinadən xəbər verir.

Hadisə paytaxt Əddis-Əbəbadan təxminən 70 kilometr şərqdə yerləşən Aretti şəhərində baş verib. Yerli hakimiyyət orqanları uçqundan sonra dağıntılar altında insanların qaldığını bildirir.