Honq-Konqda baş verən yanğının araşdırılması üçün xüsusi komitə yaradılacaq

Baş səhifə

Honq-Konqda yaşayış kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 156 nəfərə çatıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, məsələ ilə bağlı 15 nəfər həbs olunub.

Yanğınla bağlı məhkəmə tərəfindən idarə olunan istintaq prosesi başlayıb.

“Oxşar faciələrin qarşısının alınması üçün biz hakimin nəzarətində olan bir komitə yaradacağıq” Honq-Konq hakimiyyət orqanının rəhbəri Con Li bildirib.

Qeyd edək ki, yanğında təxminən 30 nəfər itkin düşmüş hesab olunur.