“Çelsi” Murillonu transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Çelsi” klubu “Nottinqem Forest”in mərkəz müdafiəçisi Murillonu
transfer etmək niyyətindədir.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, baş məşqçi Enzo Mareska müdafiə xəttindəki oyunçu
problemləri səbəbindən bu keçidə maraq göstərir.

Qeyd edək ki, cari mövsümdə 13 oyuna çıxan Murillonun klubla
müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.