Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb- FOTO – VİDEO – YENİLƏNİB

Baş səhifə

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.

APA xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə, 27 ailə (112 nəfər) köçürülüb.

***

06.31

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə, cəmi – 27 ailə (112 nəfər), o cümlədən:

Gəncə şəhərindən – 10 ailə (39 nəfər);

Bakı şəhərindən – 4 ailə (17 nəfər);

Şəmkir rayonundan – 3 ailə (12 nəfər);

Abşeron rayonundan – 2 ailə (12 nəfər);

Samux rayonundan – 2 ailə (11 nəfər);

Göygöl rayonundan – 2 ailə (7 nəfər);

Bərdə rayonundan – 2 ailə (6 nəfər);

Mingəçevir şəhərindən – 1 ailə (6 nəfər);

Ağsu rayonundan – 1 ailə (2 nəfər).

– cəmi köçürülüb – 108 ailə (450 nəfər).

Kəlbəcər şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.