TƏBİB ildə 150 sümük iliyi transplantasiyası hədəfləyir –

Baş səhifə

“Dünyada sümük iliyi transplantasiyası edən klinikaların sayı çoxdur. Bizim hədəfimiz odur ki, il ərzində minimum 150 transplantasiya əməliyyatı nəzərdə tutmuşuq”.

Metbuat.az-ın məlumatına görə, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov brifinqdə məlumat verərkən deyib.

Vüqar Qurbanov sümük iliyi transplantasiyası üzrə hədəfləri açıqlayaraq, bu işin təşkilinin həm kadr, həm də infrastruktur baxımından mərhələli şəkildə həyata keçiriləcəyini bildirib.

“Həm bu sahədə çalışan mütəxəssislərə ehtiyac var, həm də bizim 22 palatamız da bu yükü qaldıra bilməlidir. Elə xəstələr ola bilər ki, 6 ay ərzində müalicə olunub sonra evə göndərilsin. Təbii ki, ilk illərdə bunu etmək mümkün deyil, amma etap-etap nəzərdə tutulub. Sümük iliyinə ehtiyacı olan uşaqların sayı çoxdur, ona görə ilk növbədə onlardan başlanılacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.