Bakı. Trend:
Budapeştdə keçirilməsi planlaşdırılan Rusiya-ABŞ sammiti təxirə
salınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya prezidentinin xarici
siyasət üzrə köməkçisi Yuri Uşakov deyib.
“[Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald
Tramp arasında] görüş hələlik təxirə salınıb. Bu məsələ ilə bağlı
təmaslar davam edir”, – deyə o bildirib.

