Neftçalada bazarda yanğın başlayıb

Baş səhifə

Neftçalada bazarda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi şəhər mərkəzində yerləşən bazarda baş verib.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Bir neçə mağazanın yandığı bildirilir.