Nəsimidə dələduzluq edən şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbir nəticəsində dələduzluq etməkdə şübhəli bilinən
əvvəllər məhkum olunmuş D.Məhərrəmova saxlanılıb.

Trend xəbər verir ki, bu
barədə DİN məlumat yayıb.




Bildirilir ki, onun bir nəfəri əlillik dərəcəsi almaqda kömək
edəcəyi adı altında aldadaraq 3500 manatını dələduzluq yolu ilə ələ
keçirdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.