
Bakı. Trend:
Moldovanın paytaxtı Kişineuda keçirilən cüdo üzrə U-23 Avropa
çempionatı yekunlaşıb.
Trend xəbər verir
ki, yarışın ikinci günündə Azərbaycan millisi uğurlu çıxışla daha
üç medal qazanıb. +100 kiloqram çəki dərəcəsində mübarizə aparan
Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını
qazanıb. Ömər Rəcəbli (81 kq) gümüş, Aslan Kotsoyev (90 kq) isə
bürünc medal əldə edib.
Bir gün öncə İslam Rəhimov (66 kq) qızıl medal qazanaraq
Azərbaycan cüdo tarixində bu çəki dərəcəsində ilk dəfə U-23 Avropa
çempionu olmuşdu.
Beləliklə, Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 1 bürünc medal
olmaqla ümumilikdə 4 mükafatla həm ümumi, həm də kişi komandaları
arasında birinci yeri tutub. Yarışda yalnız kişi idmançılarla
təmsil olunmasına baxmayaraq, yığmamız 37 ölkə arasında liderliyi
ələ keçirib.

